Kateqoriyalar
Sırala
ID 0105891

Bakının “Kubinka” məhəlləsində qeyd olunan Yel çərşənbəsi

Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsidir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnanca görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq işləri görülür. Yel Azərbaycan mifik təfəkkürünə görə, həm də yol göstərən, bələdçi rolunu yerinə yetirir.

Digər fotolar
arrow-up