Kateqoriyalar
Sırala
ID 0106380

Bakı bulvarında Novruz hazırlıqları

Bakı bulvarında Novruz bayramına hazırlıqlar görülür. Bu dəfə bayram tərtibatı ənənəvi məkanda deyil, fərqli istiqamətdə, lalələrin xüsusi kompozisiya ilə əkildiyi yerə yaxın, gəzinti zolağında qurulub. Azneft dairəsindən Qız qalasına qədər olan hissə Novruz atributları ilə zənginləşdirilib. Səməni, dörd çərşənbəni simvolizə edən gəlinciklər, milli ornamentlərlə bəzədilmiş dekorativ kompozisiyalar, rəngarəng güllər, işıq installyasiyaları, şirniyyat elementləri və digər Novruz simvolları quraşdırılıb. Həmçinin bulvar ərazisində bayram yarmarkası da qurulub. Burada Novruza məxsus ləziz təamlarla yanaşı, tətbiqi sənət nümunələri, milli suvenirlər və əl işləri təqdim olunur. Sözügedən ərazidə 18 rəngdə 150 min dağ laləsi əkilib. Lalələrin bayram günlərinə qədər çiçək açacağı proqnozlaşdırılır.

Digər fotolar
arrow-up