Kateqoriyalar
Sırala
ID 0113310

Qurban bayramında heyvanların satış və kəsim məntəqələri

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumat əsasən, ölkə üzrə 135 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil edilib. Onlardan 77-də qurbanlıq heyvanların kəsimi və satışı, 30-da yalnız satışı, 28-də isə yalnız kəsimi xidmətləri göstərilir. Qurban bayramı zamanı Azərbaycan üzrə xüsusi olaraq təşkil olunan ət kəsim məntəqələrində və qurbanlıq heyvan satış nöqtələrində təhlükəsizlik və sanitariya qaydalarına xüsusi diqqət yetirilir. Kəsim məntəqələrində həmçinin, Qida Təhlükəsizliyi İnstitutunun baytarlıq laboratoriyaları da mövcuddur.

Digər fotolar
arrow-up