Kateqoriyalar
Sırala
ID 0115806

Beynəlxalq səyyahların Şuşa səfəri

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəlib. Dünyanın 15 ölkəsindən gələn səyyahlar Şuşanın əsrarəngiz təbiəti, tarixi məkanları və burada aparılan quruculuq işləri ilə tanış olublar. Turistlər burada Azərbaycanın tanınmış şəxsiyyətləri Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini, Şuşa qalasını, Şuşa həbsxanasını ziyarət edib, Cıdır düzündə olublar. Səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Çarlz Vili (Charles Veley) rəhbərlik edir. Heyətin 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır.

Digər fotolar
arrow-up