Kateqoriyalar
Sırala
ID 0115927

Beynəlxalq səyyahların Ağdam səfəri

Beynəlxalq MTP (Most Traveled People - Ən çox səyahət edən insanlar) səyahət klubunun üzvləri Ağdam səfəri zamanı Cümə məscidini ziyarət ediblər. Turistlər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin nümayişi üçün böyük imkan yaradır.

Digər fotolar
arrow-up