Kateqoriyalar
Sırala
ID 0116204

Dünyada ikinci olan Ağdam Çörək Muzeyi

Dünyada ikinci, MDB-də isə birinci və yeganə çörək muzeyi olan Ağdam Çörək Muzeyi 1982-ci ildə yaradılmışdır. Muzeyin yaradılması ideyası rayon partiya komitəsinin birinci katibi olmuş Sadıq Murtuzayevə məxsusdur. Həmin il dəyirmanda başlanan təmir-bərpa işləri növbəti ildə başa çatdırılmış və 1983-cü il noyabrın 25-də muzey ilk ziyarətçilərini qəbul etmişdir. Bu muzeydə toplanan eksponatlar arasında daşlaşmış qədim taxıl nümunələri, nadir dənli bitki növləri, taxılçılığın inkişafına aid çoxsaylı qiymətli kitablar, əlyazmalar və başqa materiallar, qədim əkinçilik alətləri: xış, adi və dişli oraq, taxıl döyən vərdənə, əl dəyirmanı və başqa alətlər mövcud olub. 1992-ci il avqust ayının 12-də ermənilərin atdığı mərmi Ağdam Çörək Muzeyinin fəaliyyətinə son qoydu və muzeydə olan 1500-dək eksponat yanaraq məhv oldu.

Digər fotolar
arrow-up