Kateqoriyalar
Sırala
ID 0116482

Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları Cümə və İmamzadə məscidlərində, Pirsaat Baba ziyarətgahında olublar

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın iştirakçıları Şamaxı şəhər Cümə məscidini ziyarət ediblər. Ziyarət zamanı dini ibadətgahın tarixi və bugünkü fəaliyyəti ilə bağlı media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan PhotoStock.az, Oxu.Az, Caliber.az, Media.az və Baku.ws saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.

Digər fotolar
icon
arrow-up