Kateqoriyalar
Sırala
ID 0116497

Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları Cümə və İmamzadə məscidlərində, Pirsaat Baba ziyarətgahında olublar

Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın iştirakçıları Şamaxı Cümə və İmamzadə məscidlərini və Pirsaat Baba ziyarətgah-məscid kompleksini ziyarət ediblər. Ziyarət zamanı dini ibadətgahların tarixi və bugünkü fəaliyyətləri ilə bağlı media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan PhotoStock.az, Oxu.Az, Caliber.az, Media.az və Baku.ws saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.

Digər fotolar
icon
arrow-up