#qurani kərim
Qurani Kərim
Qurani Kərim (Əl-Quran) İslam dininin əsas müqəddəs kitabıdır. Müsəlmanlar onu Allahın son Peyğəmbəri Məhəmmədə (s.a.s.) mələk Cəbrayıl vasitəsilə 23 ilə yaxın bir müddətdə nazil etdiyi Kəlamı hesab edirlər. Quranın mənası "oxumaq", "qiraət etmək" deməkdir.
Bu Səmavi Kitab 114 surədən (bölmə) və müxtəlif mənbələrə görə 6200-dən çox ayədən təşkil olunmuşdur. Ən uzun surəsi Bəqərə, ən qısası isə Kövsər surəsidir. Qurani Kərim, həm sözü, həm də mənası ilə Allahdan gələn və Qiyamət gününə qədər qorunacağına inanılan bir möcüzədir. Onun əsas məqsədi insanları hidayət etmək, haqqı batildən ayırmaq, əxlaq normalarını və həyat tərzini müəyyənləşdirməkdir. O, həmçinin "Əl-Kitab", "Əl-Furqan" və "Əz-Zikr" kimi adlarla da tanınır.