Şamaxıda dini etiqad azadlığı mövzusunda konfransın iştirakçıları Cümə və İmamzadə məscidlərində, Pirsaat Baba ziyarətgahında olublar
Şamaxıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən "Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfransın iştirakçıları Şamaxıda İmamzadə məscidini ziyarət ediblər. Ziyarət zamanı dini ibadətgahın tarixi və bugünkü fəaliyyəti ilə bağlı media nümayəndələrinə ətraflı məlumat verilib. Qeyd edək ki, tədbirin media tərəfdaşları "Global Media Group" və şirkətə daxil olan PhotoStock.az, Oxu.Az, Caliber.az, Media.az və Baku.ws saytları, "Report" informasiya agentliyi və Baku TV telekanalıdır.
Digər fotolar
