Kateqoriyalar
Sırala
ID 0119368

Paytaxt Bakının gözoxşayan fontanları

Bakı fontanları şəhərin simasını bəzəyən ən zərif memarlıq elementlərindən biridir. Onlar paytaxtın müxtəlif küçə və parklarına xüsusi ahəng qatır, insanlara sərinliklə yanaşı, həm də estetik zövq bəxş edir. Latın dilində “fontana”dan yaranan “fontan” sözü dilimizə “bulaq”, “mənbə” kimi tərcümə olunur. Keçmişdə suvarma və içməli su təchizatı kimi istifadə edilən fontanlar zamanla incəsənət nümunəsinə çevrilməyə başladı. Bakının Fəvvarələr Meydanı, Hüseyn Cavid parkı, Qış parkı,  Flarmoniya bağı və Bulvar kimi ərazilərindəki fəvvarələr xüsusilə gözoxşayır. Havanın qaralması ilə birlikdə bu fontanlar Bakı gecələrinə bənzərsiz gözəllik verir. Onlar həm paytaxt sakinlərinin istirahətinə rəng qatır, həm də Bakıya gələn turistlərin diqqətini cəlb edərək şəhərin mədəni və estetik zənginliyini nümayiş etdirir.

Digər fotolar
arrow-up