Kateqoriyalar
Sırala
ID 0119499

“Sədərək” ticarət mərkəzindəki yanğın məhdudlaşdırılıb

Ötən gün günorta saatlarından Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda yanğın baş verib. Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 10-larla xüsusi təyinatlı texnikası və 140 nəfərə yaxın şəxsi heyəti cəlb olunub. FHN-nin qüvvələri tərəfindən hazırda bəzi tüstülənmə ocaqlarının söndürülməsi işləri aparılır. Yanğının tam söndürülməsi istiqamətində əməliyyət tədbirləri davam etdirilir.

Digər fotolar
arrow-up