Kateqoriyalar
Sırala
ID 0120733

Bakı qoçusu Qafar Nağıyevin 1902-ci ilə aid mülkü

Bakı kəndlərində qədim dövrlərdən etibarən qoçuluq adət-ənənəsi mövcud olub. Sabunçuda isə qoçuların bəziləri kənd, bəziləri mədən qoçusu olaraq tanınıb. Burada yaşayan 40-dan çox qoçudan biri də mədən qoçusu Qafar Nağıyev idi. Qafar Nağıyevin o dövrün məşhur kənd qoçularından biri olan Mal­baş Yu­si­flə arasında ədavət vardı. Mal­baş Yu­si­fin atası Hacı Rüs­təm ki­şi dün­ya­sı­nı də­yi­şdiyi zaman Qoçu Qafar kənd ca­ma­a­tı­na qo­şu­lub yas mə­ra­si­mi­nə yol­lanır. Beləcə, Malbaş Yusiflə aralarındakı münaqişə sona çatır. Məhz bundan sonra, yəni 1902-ci ildə Qafar Nağıyev Sabunçu kəndində yerləşən mülkünü tikdirə bilir.

Teqlər
Digər fotolar
arrow-up