Xeyriyyəçi Əmiraslanovların 1862-ci ilə aid mülkü
Əmiraslanovlar Sabunçunun xeyriyyəçiliklə məşğul olan məşhur ailələrindən biridir. XIX əsrdə ailəyə aid torpaqdan neftin fontan vurması ilə Əmiraslanovlar varlanır və xeyriyyəçiliklə məşğul olmağa başlayırlar. Bakı şəhərində Əmiraslanovlara məxsus bir neçə mülk günümüzə qədər gəlib çıxıb. 1862-ci ildə tikilən Aslan Əmiraslanova aid bu mülk də hazırda Sabunçunun S.M. Əfəndiyev küçəsində yerləşir.
Digər fotolar
