Kateqoriyalar
Sırala
ID 0121233

Bakının mərkəzində davam edən geniş abadlıq və quruculuq işləri

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Artıq bir müddətdir ki, İslam Səfərli küçəsində Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən abadlıq işləri aparılır. İşlər çərçivəsində döşəmə örtüyü yenilənir, piyada zonaları yaradılır və həmin ərazinin müyəssərliyi təmin edilir. Eyni zamanda, müvafiq qurumlar tərəfindən ərazidə mövcud yararsız kommunikasiyaların yenilənməsi işləri aparılır. Gələcəkdə bu layihənin digər ərazilərdə də tətbiqi və ətraf ərazilərin tamamilə piyadalaşdırılması nəzərdə tutulur. Sözügedən layihə həm də şəhərin ümumi görünüşünə, estetikasına da müsbət təsir göstərir. Həmçinin İslam Səfərli küçəsində yeni yaşıllıq ərazilərin salınması nəzərdə tutulub.

Digər fotolar
arrow-up