Kateqoriyalar
Sırala
ID 0122603

Kürdəxanıda yerləşən XVII əsrə aid Hacı Zeynal hamamı

Sabunçu rayonunun Kürdəxanı kəndində, Məşədi Aqil küçəsində yerləşən Hacı Zeynal hamamı XVII əsrə aid tarixi abidədir. Həftənin bir günü kişilər, qalan günlər isə qadınlar üçün olmaqla 1966-cı ilə qədər fəaliyyət göstərib. Hamam vestibül, soyunma zalı, aralıq kamera, fərdi otağa malik yuyunma zalı, qaynar və soyuq su anbarı olan xəzinə və odluq kamerası olan külxanadan ibarətdir. İki günbəzli tikilinin bir hissəsi yerin altındadır. Bu da hamamın isti qalması və su ilə təmin olunmasına şərait yaradıb. Hamamda 2020-ci ildə təmir-bərpa işləri aparılıb və dövlət tərəfindən qorunan yerli əhəmiyyətli memarlıq abidələri sırasındadır.

Digər fotolar
arrow-up