Kateqoriyalar
Sırala
ID 0123978

27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət

Bu gün Vətən müharibəsinin başlamasından 5 il ötür. 27 Sentyabr - Anım Günü ilə əlaqədar Zəfər parkına ziyarət başlayıb. Dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Vətən uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq Zəfər parkını ziyarət edib, Zəfər abidəsi önünə əklil və gül dəstələri qoyublar. Azərbaycanın Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova və digər hökumət rəsmiləri Zəfər parkında olublar. Bununla yanaşı, səhər saatlarından etibarən vətəndaşlar ziyarət məkanına gələrək şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Digər fotolar
arrow-up