Kateqoriyalar
Sırala
ID 0125202

III MDB Oyunları: Batut gimnastikası üzrə yarışlar

Oktyabrın 2-də III MDB Oyunları çərçivəsində Şəki Olimpiya İdman Kompleksində batut gimnastikası üzrə yarışlar keçirilib. Azərbaycanın oğlanlardan ibarət batut gimnastikası komandası III MDB Oyunlarında gümüş medal qazanıb. Yarışlarda ümumilikdə 7 ölkədən (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan) 45 idmançı mübarizə aparır. Azərbaycandan isə ümumilikdə 11 idmançı sözügedən idman növü üzrə yarışlara qatılıb. Qadın və kişi gimnastlar arasında keçirilən yarışlarda idmançılar fərdi proqramda bacarıqlarını nümayiş etdirirlər. Batut gimnastikası üzrə yarışlara oktyabrın 3-də yekun vurulacaq.

Digər fotolar
arrow-up