Kateqoriyalar
Sırala
ID 0125797

III MDB Oyunları: Avarçəkmə üzrə yarışlar

Oktyabrın 5-də III MDB Oyunları çərçivəsində Mingəçevirdə avarçəkmə üzrə yarışların final qarşılaşmalarına start verilib. Bu idman növündə Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya və Özbəkistan olmaqla 5 ölkə iştirak edir. Azərbaycandan isə 7 idmançı avarçəkmə üzrə III MDB Oyunlarına qatılıb. Təmsilçimiz Əlimurad Hacızadə 2009-2010-cu il təvəllüdlü idmançılar arasında 1 nəfərlik kayak qayığında 200 metr məsafədə gümüş medala sahib olub.  2007-2008-ci il təvəllüdlü idmançılar arasında  yer alan digər azərbaycanlı təmsilçi Amil Ramazanov isə 200 və 500 metr məsafədə bürünc medal qazanıb.

Digər fotolar
arrow-up