Kateqoriyalar
Sırala
ID 0126746

Yüksək qida dəyərinə malik olan hind quşları

Hind quşları (hinduşka) həm ətinin dadı, həm də yüksək qida dəyəri ilə seçilən, əhilləşdirilmiş quş növüdür. Amerikaya ilk köçən insanlar tərəfindən kəşf edilən bu quşlar ölkəmizə 1730-cu ildə İspaniyadan gətirilib. Azərbaycanda ən çox qara, tunc və ağ enlidöş hinduşka cinsləri yetişdirilir. Bu cinslər ətinin keyfiyyəti, sürətli böyüməsi və müxtəlif şəraitə asan uyğunlaşması ilə fərqlənir. Onların oval formalı gövdəsi, enli döşü və sıx tük örtüyü sağlam görünüş və yüksək məhsuldarlıq təmin edir. Kökəltmə dövründə 120 günlük hinduşkalar 6-7 kiloqram çəkiyə çatır. Cavan quşlar 8-9 aylıq ikən yumurtlamağa başlayır və ildə 80-90 qram çəkidə 100-110 yumurta verir. Hinduşka əti cinsi və bəslənmə şəraitindən asılı olaraq dəyişsə də, tərkibində yüksək miqdarda zülal olduğu üçün faydalı qida hesab olunur.

Digər fotolar
arrow-up