Kateqoriyalar
Sırala
ID 0126937

Şəkidə keçirilən "Terra Madre Shaki" qastronomiya festivalı

Bu gün Şəkidəki "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində Dövlət Turizm Agentliyinin təşkilatçılığı, Azərbaycan Turizm Bürosu və Azərbaycan Milli Kulinariya Mərkəzinin, eləcə də "Slow Food International" hərəkatının tərəfdaşlığı ilə "Terra Madre Shaki" qastronomiya festivalı keçirilib. Festivalın açılış mərasiminə Agentliyin sədri Fuad Nağıyev, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, "Slow Food International"ın prezidenti Edvard Mukibi qatılıb. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının təhsil, elm və mədəniyyət qurumunun (UNESCO) Ümumdünya İrs Siyahısında yer alan və tarixi İpək Yolu şəhəri olan Şəkidə təşkil edilən "Terra Madre" qastronomiya festivalının əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycanda ilk dəfə keçirilən, ölkəmizə "Slow Food" təcrübəsini gətirən festivalın əsas məqsədi kənd icmalarının balanslı inkişafına dəstək olmaqla dayanıqlı qida sistemini, yerli kulinariya ənənələrini və mədəni irsi təşviq etmək, eyni zamanda aqrobiomüxtəliflik ehtiyatlarının səmərəli istehsal və istehlakına töhfə verməkdir.

Digər fotolar
arrow-up