Kateqoriyalar
Sırala
ID 0127931

Sabirabad Sənaye Məhəlləsinə təşkil olunan mediatur

Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər “Fırtına Su Sistemləri” MMC-nin fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, müəssisədə Çin texnologiyası əsasında mayenin süzülməsi və təmizlənməsi üçün avadanlıqlar istehsal edilir, ildə 210 min ədəd filtr, 15 min ədəd su filtri cihazı istehsalı planlaşdırılır.

Digər fotolar
arrow-up