#sabirabad sənaye məhəlləsi
Sabirabad Sənaye Məhəlləsi
Sabirabad Sənaye Məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il Sərəncamı ilə yaradılıb. Əsas məqsəd qeyri-neft sektorunun inkişafını təşviq etmək, kiçik və orta sahibkarlara dəstək olmaq və regionda məşğulluğu artırmaqdır. Ümumi ərazisi 20,3 hektar olan məhəllə zəruri istehsal və inzibati infrastrukturla təmin olunub. Hazırda məhəllədə pambıq emalı, aqrokimyəvi vasitələrin (gübrə) istehsalı, su filtrləri istehsalı və kənd təsərrüfatı məhsullarının emalı kimi müxtəlif istiqamətlərdə rezidentlər fəaliyyət göstərir, ümumilikdə 100-dən çox iş yeri yaradılıb.