Kateqoriyalar
Sırala
ID 0127933

Sabirabad Sənaye Məhəlləsinə təşkil olunan mediatur

Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. İnvestisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.

Digər fotolar
arrow-up