Sabirabad Sənaye Məhəlləsinə təşkil olunan mediatur
Sabirabad Sənaye Məhəlləsində yeni fəaliyyətə başlayan istehsal müəssisələrinin fəaliyyəti ilə tanışlıq məqsədilə əraziyə mediatur təşkil olunub. Mediatur çərçivəsində jurnalistlər "Taşobası" MMC-nin pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olublar. Qeyd olunub ki, müəssisədə Türkiyə, Almaniya və İtaliya texnologiyalarının tətbiqi ilə mahlıc və texniki çiyid istehsal olunur. Zavodda xammal kimi Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarında yetişdirilən pambıqdan istifadə olunur.
Digər fotolar
