Kateqoriyalar
Sırala
ID 0128066

Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə təşkil olunan mediatur

Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə səfər edilib. Mediaturda qeyd edilib ki, Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində 103 ədəd ev istifadəyə veriləcək. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə 2 otaqlı mənzillər inşa edilib. Bununla yanaşı, ikinci mərhələdə bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin olunub, kənddə ümumi sahəsi 2.2 hektar olan park salınıb. Ümumi sahəsi 51,6 hektar olan Məmmədbəyli kəndində isə 2 ədəd çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi inşa edilib. Onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beşotaqlıdır. Eyni zamanda, kəndin bütün fərdi yaşayış evlərində günəş panelləri quraşdırılıb. Daha sonra Zəngilanın 104 mənzilli yaşayış kompleksinə səfər edilib. Burada yerləşən 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır. Binalardan 8-i ikimərtəbəli, 4-ü isə üçmərtəbəlidir. Hazırda binaların daxili bəzək işləri yekunlaşıb. Kompleksdəki binaların inşasında müasir memarlıq yanaşmaları əsas götürülüb. Kompleksdə müvafiq avadanlıqla təchiz olunmuş uşaq və idman meydançaları quraşdırılıb.

Digər fotolar
arrow-up