Kateqoriyalar
Sırala
ID 0128077

Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə təşkil olunan mediatur

Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə səfər edilib. Mediaturda qeyd edilib ki, Zəngilan rayonunun Ağalı kəndinin ikinci mərhələsində 103 ədəd ev istifadəyə veriləcək. Bunlar 55 ədəd 2 otaqlı fərdi yaşayış evləri, 3 ədəd isə 3 mərtəbəli 2 bloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd 1 otaqlı mənzillər, 12 ədəd isə 2 otaqlı mənzillər inşa edilib. Bununla yanaşı, ikinci mərhələdə bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin olunub, kənddə ümumi sahəsi 2.2 hektar olan park salınıb.

Digər fotolar
arrow-up