Kateqoriyalar
Sırala
ID 0130059

Zəngilanın Məmmədbəyli və Ağdamın Xıdırlı kəndlərinə köç karvanı yola salınıb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir. Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola düşüb. Məmmədbəyli və Xıdırlıya köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.

Digər fotolar
arrow-up