Kateqoriyalar
Sırala
ID 0131717

Bakıda keçirilən "Mədəni irs və qayıdış hüququ" mövzusunda beynəlxalq konfrans

Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə "Mədəni irs və qayıdış hüququ: Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa və sülhə aparan yol kimi" mövzusunda III beynəlxalq konfrans öz işinə başlayıb. Toplantı mədəni irsin qorunmasını və dirçəldilməsini, ləyaqətli qayıdışın təminatını, həmçinin ədalət, barış və sülhə aparan yolu müzakirə etməyi hədəfləyir. Tədbirin məqsədi qayıdış hüququnu mədəni irsin qorunması və bərpası üçün əsas çərçivə kimi təsdiqləmək, Ermənistan ərazisində Azərbaycan mədəni irsinin mövcud vəziyyətini qiymətləndirmək, onun qorunması və dirçəldilməsi üçün hüquqi, diplomatik və texniki alətləri müəyyənləşdirmək, həmçinin sözügedən məsələni ədalətə, barışığa və dinc birgəyaşayışa aparan vasitə kimi təşviq etməkdir. Tədbirdə "Qayıdış hüququ və mədəni irs: Hüquqi və mənəvi əsaslar", "Maddi irs: Qayıdışın fiziki təməllərinin qorunması", "Qeyri-maddi irs: Qayıdışın canlı əsaslarının dirçəldilməsi", "Beynəlxalq əməkdaşlıq: Qlobal dəstəyin səfərbər olunması" panellərində 60-dan çox ölkədən gələn 100-dən artıq xarici qonaq və yerli iştirakçılar fikir mübadiləsi aparacaq.

Digər fotolar
arrow-up