Kateqoriyalar
Sırala
ID 0131843

100 ildən çox yaşı olan Azərbaycan Milli Kitabxanası

Azərbaycan Milli Kitabxanası 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb. Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. Bu gün 5 milyona yaxın fondu olan kitabxananın beynəlxalq əlaqələri də əhəmiyyətli dərəcədə genişlənib və beynəlxalq kitabxana təşkilatlarında uğurla təmsil olunmağa başlayıb. Milli Kitabxana dünyanın 55 ölkəsinin zəngin kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandumlar imzalayıb, bu kitabxanalarla fəal kitab, informasiya və təcrübə mübadiləsini həyata keçirir.

Digər fotolar
arrow-up