Kateqoriyalar
Sırala
ID 0132933

16 dekabr - Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü

Dekabrın 16-sı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günüdür. Fövqəladə Hallar Nazirliyi 2005-ci il dekabrın 16-da ölkədə təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Fəaliyyət göstərdiyi 20 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirib. Bu gün də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları öz peşə borclarına sadiq qalaraq ölkə üzrə fövqəladə hallara operativ reaksiya verir, insanların təhlükəsizliyinin təmin olunması istiqamətində fasiləsiz fəaliyyətlərini davam etdirirlər.
 

Digər fotolar
arrow-up