#belçika ovçarkası malinua
Belçika ovçarkası Malinua
Belçika ovçarkası Malinoa (Malinois) dörd Belçika ovçarkası cinsindən (Tervuren, Qronendal və Lakenua ilə birlikdə) ən məşhurudur və dünya üzrə xidməti it kimi ən çox istifadə edilən cinslərdən sayılır. Malinoa yüksək intellektə, böyük enerji ehtiyatına və sürətli öyrənmə qabiliyyətinə malikdir. Xarici görünüşcə qısa, sıx, qəhvəyi-qara tüklərə və atletik quruluşa malikdir.
Bu cins təkcə ailəyə sadiq yoldaş deyil, həm də əvəzolunmaz işçi itdir. Onlar polis, ordu, axtarış-xilasetmə və narkotik vasitələrin aşkar edilməsi kimi sahələrdə geniş tətbiq olunur. . Malinoa yüksək səviyyəli fiziki və zehni məşqlərə ehtiyac duyur və sahibinə güclü emosional bağlılığı ilə tanınır. Təlimlə düzgün idarə olunduqda mükəmməl və çoxfunksiyalı bir xidməti heyvan olur.