Kateqoriyalar
Sırala
ID 0133177

“Şahdağ” Turizm Mərkəzinə təşkil edilən mediatur

Qış turizmi mövsümünün açılışı ilə əlaqədar Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinə mediatur təşkil edilib. Mediaturun məqsədi Azərbaycanda qış turizminin təşviqi, “Şahdağ” Turizm Mərkəzinin qış mövsümünə hazırlığı, qonaqlara təqdim olunan turizm məhsullarının tanıdılması, o cümlədən kompleksdə aparılan işlər və yeniliklər haqqında ictimaiyyəti məlumatlandırmaqdır. Jurnalistlər turizm mərkəzində qonaqlara təklif olunan xidmətlərlə tanış olub, xizək və snoubord avadanlıqları, kanat yolları, müxtəlif atraksionlar və qış əyləncələrindən istifadə ediblər. Eləcə də media nümayəndələrinə ilboyu xizək sürmək imkanı verən xüsusi simulyatorlar nümayiş olunub. Bildirilib ki, “Şahdağ”da bu günə qədər həyata keçirilən işlər nəticəsində kanat xətlərinin sayı 15-ə, müxtəlif çətinlik dərəcəsində olan yamacların sayı 37-ə, uzunluğu isə 45 km-ə çatdırılıb, xizək sürməyə yeni başlayanlar üçün 6 konveyer tipli yol salınıb. Həmçinin xizək yamaclarının daim qarla təmin olunması üçün 600 ədəd qar generatoru quraşdırılıb. Bununla yanaşı qış və yay aylarında açıq və qapalı məkanlarda fəaliyyət göstərən əyləncə növlərinin və attraksionların sayı 40-a, iaşə obyektlərinin sayı isə 64-ə çatdırılıb.

Digər fotolar
arrow-up