Kateqoriyalar
Sırala
ID 0133395

21 dekabr - Ümumdünya Meditasiya Günü

21 dekabr - Ümumdünya Meditasiya Günü insanlar arasında sağlamlıq, rifah halını yaxşılaşdırmaq və dünyaya sülh yaymaq üçün qeyd olunur. Meditasiya üsullarından biri olan yoqa insanın fiziki və mənəvi olaraq rahatlıq tapmasına imkan yaradır, əzələləri gücləndirir, oynaqların sağlamlığını qoruyur, stressi azaldır və yuxu keyfiyyətini yaxşılaşdırır. Çoxşaxəli meditasiya üsulu olan yoqanın son zamanlar geniş yayılmış növləri arasında Hatha, Fly və Sadhu kimi növlər yer alır. Hatha yoqa bədənin elastikliyini artırmaq, düzgün nəfəs və duruşu formalaşdırmaq üçün əsas yoqa növü kimi tətbiq olunur. Fly yoqa xüsusi asılqan parçalarla həyata keçirilərək həm bədəni yüngülləşdirir, həm də hərəkət azadlığı yaradır. Sadhu yoqa isə iradə, səbir və zehni gücün ön plana çıxdığı meditativ bir proses kimi qəbul olunur. 5 ildir yoqa ilə məşğul olan Aytən Atakişiyeva bu meditasiya üsulunun sadəcə fiziki olaraq deyil, həm də ruh və düşüncə üçün şəfalı olduğunu düşünür. Məhz bu səbəbdən yoqa onun həyat tərzinə çevrilib. Aytən Atakişiyevanın fikrincə, yoqa insanın özünü dinləməsi, yaşadığı anın dadını çıxarması və daxili rahatlıq tapması üçün ideal meditasiya yoludur. 

Teqlər
Digər fotolar
arrow-up