Kateqoriyalar
Sırala
ID 0135115

Xalq yazıçısı Kamal Abdulla

Azərbaycan alimi, Xalq yazıçısı, ictimai xadim, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü Kamal Abdulla 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. 2017-ci ildən Azərbaycan Dillər Universitetinin rektoru olaraq fəaliyyət göstərən elm xadimi çağdaş Azərbaycan ədəbiyyatında müstəsna dərəcədə parlaq imza olmaqla yanaşı, müasir ictimai fikrin öncül simalarındandır. Eyni zamanda, vaxtilə Bakı Slavyan Universitetinin ilk rektoru, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri kimi çoxşaxəli vəzifələrin və titulların daşıyıcısı kimi tanınır. 

Digər fotolar
arrow-up