Kateqoriyalar
Sırala
ID 0135543

Peşə Təhsil Mərkəzinin aşpaz və qənnadçı-şirniyyatçı ixtisasları

1971-ci ildən fəaliyət göstərən Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi həmin dövrdə radioelektronika sahəsi üçün kadr hazırlığı prosesi həyata keçirib. Daha sonra müəssisə 31 nömrəli Texniki Peşə Məktəbi, 1996-cı ildə 5 nömrəli Bakı Peşə Liseyi kimi fəaliyyət göstərib. 2020-ci ildə isə “Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılıb. Mərkəzdə turizm, hotelçilik, sosial xidmətlər və iqtisadiyyatın digər sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Turizm və hotelçilik bölməsinə aid olan aşpaz və qənnadçı-şirniyyatçı peşə ixtisasları daha çox tələb olunanlar arasındadır. Qeyd olunan ixtisaslar üzrə tədris ümumi təhsil bazasında 3 il, tam orta təhsil bazasında isə 1 il müddətində təşkil olunur.

Digər fotolar
arrow-up