“Böyük Qayıdış” Proqramı çərçivəsində Ağdamda görülən bərpa-quruculuq işləri
Qarabağ tarixinin ən böyük şahidi olan Ağdam İmarət Kompleksi ümumilikdə 3.3 hektar sahəni əhatə edir. Kompleksin ərazisində türbələr və tarixi qəbiristanlıq kimi müxtəlif əhəmiyyətli strukturlar mövcuddur. Ərazidəki atçılıq kompleksi isə məşhur Qarabağ atlarının təqdimatı üçün nəzərdə tutulub. Kompleksdəki xüsusi guşələrdə Cavanşirlər sülaləsinin tarixi ilə bağlı müxtəlif faktlar, Qarabağ xanlığı haqqında ümumi məlumatlar, həmçinin Xurşidbanu Natəvanın yaradıcı dünyasına həsr olunmuş audiovizual təqdimat da mövcuddur. Kompleksdə şöbə müdiri olaraq çalışan Aynurə Cəfərova kompleksə turistlərin maraq göstərdiyini, tarixi türbələrin qonaqların daha çox diqqətini çəkdiyini qeyd edib.
Digər fotolar
