Kateqoriyalar
Sırala
ID 0135894

“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzulidə görülən bərpa-quruculuq işləri

Füzulidə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbi 960 şagirdlik tutuma malikdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana və kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Məktəbin direktoru Həcər Mahmudova burada 644 şagirdin təhsil aldığını, 49 nəfərlik pedaqoji-inzibati heyətin fəaliyyət göstərdiyini bildirib. 

Digər fotolar
arrow-up