“Böyük Qayıdış” Proqramı çərçivəsində Füzulidə görülən bərpa-quruculuq işləri
Füzulidə inşa edilən Mirzə Uluqbəy adına Füzuli şəhəri 1 nömrəli tam orta məktəbinin yaxınlığında yerləşən Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi qardaş qazax xalqının Azərbaycana hədiyyəsidir. Təməli 2023-cü ilin martında qoyulan mərkəz 1,5 hektar ərazidə yaradılıb. Obyektin tikinti sahəsi 2700 kvadratmetrdir. İkimərtəbəli binada 600 uşağın bir neçə növbədə məktəbdənkənar təhsil alması üçün hər cür şərait yaradılıb.
Digər fotolar
