Kateqoriyalar
Sırala
ID 0136717

Papaqçılıq sənətini ailə ənənəsinə çevirən Sadu Xalayev

"ABADçı" Sadu Xalayev 35 ildən çoxdur ki, papaqçılıq sənəti ilə məşğuldur. 62 yaşlı Sadu bəy ailəsindən ona miras qalan bu sənəti uğurla davam etdirir. Hazırda şəxsi emalatxanasında müxtəlif növlərdə papaqlar hazırlayır. O, papaqçılığın sirlərini dayısından öyrənib, illər sonra isə bu qədim sənəti öz oğluna ötürərək ailə ənənəsinə çevirib. Müştərilərinin daha çoxu din xadimləri, aşıqlar və xanəndələr olan Sadu Xalayevin fikrincə, son zamanlar papaqçılıq sənətinə maraq azalsa da, o, öz əl işlərini sevgi və həvəslə hazırlayır.
 

Digər fotolar
arrow-up