Kateqoriyalar
Sırala
ID 0136731

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni binası

Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin yeni inşa edilmiş binasının açılışı 2025-ci il 23 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə baş tutub. Fakültədə hazırda 20 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 505 tələbə bakalavriat səviyyəsində 7 ixtisas - iqtisadiyyat, maliyyə, mühasibat uçotu, menecment, dövlət və bələdiyyə idarəetməsi, beynəlxalq ticarət və logistika, turizm işinin təşkili üzrə təhsil alır. Tədris binasında 40 auditoriya, kompüter laboratoriyaları, kitabxana, oxu və akt zalları, iclas, inzibati və professor-müəllim otaqları mövcuddur. Müasir universitet konsepsiyasına uyğun dizayn edilərək inşa olunmuş binanın layihələndirilməsi və tikilməsində dayanıqlı inkişaf, inklüzivlik və resurslardan səmərəli istifadə prinsipləri nəzərə alınıb.
 

Digər fotolar
arrow-up