Kateqoriyalar
Sırala
ID 0139185

Dünyanın müxtəlif ölkələrindən toplanan ov kolleksiyası

Faiq Babanlı 25 ildir peşəkar olaraq leqal ovçuluqla məşğuldur. O, 1977‑ci ildə Qazax rayonunda dünyaya gəlib və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. Faiq Babanlı əvvəllər sərbəst güləş və qaydasız döyüşlə məşğul olub və bir çox beynəlxalq yarışlarda uğurlar qazanıb. Sonradan ovçuluq sahəsinə yönəlib və hazırda bu sahədə fəaliyyət göstərir. Safari Azərbaycan Ovçuluq Klubunun rəhbəridir və uzun illər ərzində dünyanın 70‑dən çox ölkəsində vəhşi təbiət şəraitində ov edib. O, Afrikanın savannalarından Amazonun keçilməz cəngəlliklərinə, Alyaska və Kamçatka kimi çətin ərazilərə qədər bir çox yerlərdə ov təcrübəsi qazanıb. Onun fəaliyyəti yalnız ovçuluqla məhdudlaşmır. Faiq Babanlı hər kəsin marağına səbəb olan ov kolleksiyasına da sahibdir. Kolleksiyasına ovladığı heyvanlardan hazırladığı onlarla kompozisiya daxildir. 

Digər fotolar
arrow-up