Kateqoriyalar
Sırala
ID 0139789

Xalq artisti, Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova

Görkəmli kamança ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti və Milli Konservatoriyanın professoru Şəfiqə Eyvazova 9 mart 1947-ci ildə Bakıda anadan olub. O, 1971-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1963-1976-cı illərdə Azərbaycan Teleradio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestri və Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblın solisti olub. 1965-ci ildən solo konsertlərlə çıxış edən sənətkarın repertuarına “Rast”, “Cahargah”, “Rahab”, “Şur”, “Şüştər” və s. muğamlar, Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. 

Digər fotolar
arrow-up