Kateqoriyalar
Sırala
ID 0139853

İçərişəhərdə qeyd olunan Yel çərşənbəsi

Bu gün Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsidir. Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir. İnanca görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında “yelli-küləkli” çərşənbə deyirlər. Üçüncü çərşənbədə həm də son çərşənbəyə və Novruz bayramına hazırlıq işləri görülür. İnsanlar evlərində bayram süfrəsi üçün hazırlıqlara başlayır, səməni yetişdirir, ev-eşikdə təmizlik işləri aparırlar. Yel çərşənbəsi paytaxtın mədəni-tarixi irsi olan İçərişəhərdə də xüsusi ab-hava ilə qeyd olunur. Qədim küçələrdə bayram əhval-ruhiyyəsi hiss olunur, insanlar bir araya gələrək Novruzun gəlişini qeyd edir, tonqal ətrafında toplaşır. Bayram tədbirləri çərçivəsində müxtəlif folklor nümunələri nümayiş etdirilir, milli musiqilər və rəqslər ifa olunur.

Digər fotolar
arrow-up