Kateqoriyalar
Sırala
ID 0140303

1887-ci ildə inşa edilən Aleksandr Nevski kilsəsi

Qədim Gəncə şəhərinin maraqlı memarlıq nümunələrindən olan Aleksandr Nevski kilsəsi 1887-ci ildə inşa edilib. Məbəd köhnə qəbiristanlığın ərazisində pravoslavlar və yerli müsəlman sakinlərin xeyriyyə vəsaiti hesabına ucaldılıb. Bolşevik inqilabına qədər bu pravoslav ibadət yeri Baş kilsə statusuna malik idi. Yerli əhəmiyyətli memarlıq abidəsi olan məbəd 1931-ci ildə sovet rejimi tərəfindən bağlanılıb. Bina 1935-1938-ci illərdə muzey kimi fəaliyyət göstərib. Muzey başqa binaya köçürüldükdən sonra isə məbəddən ictimai iaşə məqsədilə istifadə olunub. 1946-cı ildə tikili rus pravoslav kilsəsinə qaytarılıb və hazırda təyinatı üzrə istifadə edilir. Kilsənin binası kərpicdən Bizans memarlıq üslubunda inşa olunub. Məbədin köhnə interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunların arasında “Müqəddəs Aleksandr Nevski” və “Müqəddəs Mariya Maqdalena” ikonalarını xüsusi qeyd etmək olar. 2017-ci ildə kilsə tikilməsinin 130 illik yubileyi münasibətilə təmir edilib.

Digər fotolar
arrow-up