Kateqoriyalar
Sırala
ID 0140473

Nəqliyyat vasitələrinin utilizasiya prosesi

Hər il istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində istifadəyə yararsız hala düşür. Statistik göstəricilərə əsasən, hazırda respublikada hər beş avtomobildən biri ekoloji və təhlükəsizlik standartlarına cavab vermir. Bunu nəzərə alaraq, “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na əsasən Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası proqramı hazırlanıb, həmçinin proqramın tətbiqi ilə əlaqədar ümumilikdə 10-dan çox qanunvericilik aktına dəyişiklik və əlavələr edilib. “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ötən müddət ərzində “Təmiz Şəhər” ASC tərəfindən utilizatorların reyestrdə qeydiyyatı üçün tədbirlər görülüb. Utilizator fəaliyyəti üzrə nəzərdə tutulan tələblərə cavab verən 3 utilizator reyestrdə qeydiyyata alınaraq istismar müddəti başa çatan, eləcə də istifadəyə yararsız nəqliyyat vasitələrinin qəbuluna başlayıb. Abşeron rayonunda yerləşən “Fast Track” MMC tərəfindən həyata keçirilən nəqliyyat vasitələrinin utilizasiyası prosesi köhnə və istifadəyə yararsız avtomobillərin təhlükəsiz şəkildə hissələrə ayrılmasını, yararlı ehtiyat hissələrinin seçilərək istifadəyə yönləndirilməsini, qalan materialların isə təkrar emala verilməsini əhatə edir. Bu yanaşma resurslardan səmərəli istifadə olunmasına, yol hərəkətinin təhlükəsizlik səviyyəsinin artırılmasına və ətraf mühitə düşən yükün azaldılmasına xidmət edir.

Teqlər
Digər fotolar
arrow-up