Kateqoriyalar
Sırala
ID 0144511

WUF13-ün keçirildiyi BOS-da BMT və Azərbaycan bayraqlarının endirilməsi mərasimi keçirilib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda (BOS) mayın 22-də Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycanın Dövlət Bayrağının endirilməsi mərasimi keçirilib. Bayraqların endirilməsi mərasimi forumun rəsmi olaraq yekunlaşdığını simvolizə edib. Xatırladaq ki, mayın 17-də işinə başlayan WUF13 Bakıda keçirilən dünyanın ən nüfuzlu şəhərsalma tədbiridir. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan forum "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunub.

Digər fotolar
arrow-up