Kateqoriyalar
Sırala

#azərbaycan bayrağı

Azərbaycan bayrağı

Üçrəngli bayrağın təsdıq edilməsi haqqındakı tarixi qərar müstəqillik üçün çox ağır şəraitdə mübarizə aparan müvəqqəti milli hökumətin Gəncə dövrünə təsadüf eləyir. Həmin o çətin günlər dövlətçilik tariximiz üçün çox vacib addımlarla, xüsusilə də Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının qəbul edilməsidə daxil olmaqla yaddaşımıza həkk olub.Hökumətin 21 iyun 1918-ci ildə, üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri olan qırmızı bayraq ilk dövlət bayrağımız kimi qəbul edilmişdi. Bu bayraq quruluş baxımından Osmanlı İmperiyasının o dövrlərdə istifadə etdiyi bayraqla demək olar ki eyni idi. O dövrdə bəzi insanlar bu addımı Azərbaycanın türk dünyasının bir parçası olmasının rəmzi kimi başa düşürdülər. Amma real vəziyyətə baxsaq, Osmanlı bayrağının əsas götürülməsini daha çox Gəncədəki o vaxtkı ağır siyasi və hərbi şəraitin məcburi bir nəticəsi kimi görmək olar.Lakin bu bayraq çox qalmadı və tezliklə dəyişdirildi. Elə bu faktın özü də keçici xarakter daşıdığını və yaxın zamanda yeni üçrəngli bayrağın qəbul ediləcəyini göstərirdi. Daha sonra, AXC Nazirlər Şurası 1918-ci il noyabrın 9-da yeni bir qərarla mavi, qırmızı və yaşıl zolaqlardan ibarət, üzərində ağ aypara və səkkizguşəli ulduz olan əsl milli bayrağımızı təsdiq etdi. Bayrağımızın tarixində ən şərəfli günlərdən biri də 7 dekabr 1918-ci ilə təsadüf edir. Azərbaycan rəsmən yenidən müstəqillik qazanmazdan xeyli əvvəl — düz 70 il sonra, 17 noyabr 1990-cı ildə böyük dövlət xadimi Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə bu üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Daha sonra Naxçıvan Ali Məclisinin vəsatəti əsasında, 5 fevral 1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti müvafiq qanun qəbul edərək bu üçrəngli bayrağı rəsmən bütün Azərbaycanın Dövlət Bayrağı kimi təsdiq etdi və bu müqəddəs istiqlal rəmzimiz ölkə boyu dalğalanmağa başladı.Prezidentin 2009-cu ildə imzaladığı sərəncama əsasən isə, hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi rəsmi şəkildə qeyd olunur.
arrow-up