Kateqoriyalar
Sırala
ID 0145234

Dünya əhəmiyyətli memarlıq abidəsi olan Nardaran qəsri

Abşeronun qədim müdafiə tikililərindən biri olan Nardaran qəsri orta əsr Azərbaycan memarlığının nadir nümunələrindəndir. Tarixi mənbələrə görə, qəsr XIV əsrdə inşa olunub və həm müdafiə, həm də müşahidə məqsədi daşıyıb. Bakının Nardaran qəsəbəsində yerləşən bu möhtəşəm abidə qalın müdafiə divarları, yarımdairəvi bürcləri və üçmərtəbəli mərkəzi qülləsi ilə diqqət çəkir. Qəsrin birinci mərtəbəsində yеrаltı yоlun bаşlаnğıcı olan susuz quyu vаr. Bu yol Nаrdаrаn pirindən Şirvаnşаhlаrın yаy iqаmətgаhınа аpаrır. Dünya əhəmiyyətli memarlıq abidəsi hesab olunan Nardaran qəsri bu gün də öz əzəmətini qoruyaraq Azərbaycanın zəngin tarixi-mədəni irsinin qiymətli nümunələrindən biri kimi tanınır.

Digər fotolar
arrow-up