Kateqoriyalar
Sırala
ID 0145361

“Ana ilahə” heykəlciyi

Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında olan “Ana ilahə” heykəlciyi Şəki rayonunun Fazıl kəndində yerləşən qədim Təpəbaşı nekropolunda tapılıb. Eramızdan əvvəl III-I əsrlərə aid olduğu ehtimal edilən bu heykəlcik gildən düzəldilib, ev ocağında “bişirilərək” döşəmənin altına basdırılıb. “Ana ilahə”nin bədii quruluşu onun simvolik dəyərini artırır. Qədim müəllifin fantaziyası bu heykəlcikdə yarımifik varlığı görürdü. Onun ən maraqlı xüsusiyyətlərindən biri də başının quş şəklində olmasıdır. Hansı ki, tədqiqatçıların iddia etdiyi kimi bu detal onun ilahi uçuş, səma sferası ilə əlaqəsini göstərir, habelə maddi və mənəvi aləmləri birləşdirən simvolik gücü ifadə edir.

Digər fotolar
arrow-up